AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda iştirak edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Bakıda keçirilən Aqrar Məsləhət Xidmətləri (AMX) üzrə Milli Forumda təmsil olunub.

Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı Azərbaycanın qeyri-neft ixracı imkanları, "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri barədə məlumat verib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, Forumun məqsədi məlumat və təcrübələri bölüşmək və təkmilləşdirmək, yeni tendesiyaları və AMX-nin prioritet texniki xidmət istiqamətlərini müəyyən və müzakirə etmək üçün öz proqramlarını təqdim edən AMX üzvlərini bir araya gətirməkdən ibarət idi.