AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar elektrik və sənaye qaz qurğularının istismarına icazə sənədi üçün "Bakı KOB evi"nə müraciət edə bilərlər

Sahibkarlar Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən göstərilən xidmətlər - gücü 150 kilovatdan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı və sənaye qaz qurğularının istismarına icazənin alınması üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Bu xidmətlər üçün müraciətlərə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində aidiyyəti üzrə baxılaraq nəticəsinə dair yekun sənəd “Bakı KOB evi”ndə sahibkarlara təqdim edilir.

Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) “Bakı KOB evi”ndə sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti zamanı lazım olan zəruri sənədlər (lisenziya və müxtəlif icazələr), vergi və gömrük məsələləri, kommunal xidmətlərə qoşulma, güzəştli maliyyə vəsaitlərinə çıxış, notariat, bank, sığorta, lizinq və digər xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.