AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Pakistanda keçiriləcək Mühəndislik və Səhiyyə Sərgisinə dəvət olunur

Bu ilin 23-25 fevral tarixlərində Pakistanın Ticarət Nazirliyinin dəstəyi, Ticarətin İnkişafı İdarəsinin təşkilatçılığı ilə Lahor şəhərində 2-ci Mühəndislik və Səhiyyə Sərgisi (2nd Engineering and Healthcare Show – EHCS-2023) keçiriləcək.

 

Builki sərgidə 170-dən çox Pakistan istehsalçısının kənd-təsərrüfatı avadanlığı, avtomobil və avtomobil hissələri, məişət texnikası, təhlükəsizlik avadanlığı, inşaat materialları, kimyəvi maddələr, boyalar, zərgərlik əşyaları və daşlar, qablaşdırma materialları, mebel, idman malları, cərrahi alətlər, əczaçılıq və kosmetik məhsulları təqdim olunacaq.

Sərgidə ziyarətçi qismində iştirak etmək istəyən sahibkarlar aşğıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://forms.office.com/r/waShCbK00x

Xatırladaq ki, 2022-ci ilin fevral ayında Lahor şəhərində keçirilən 1-ci Mühəndislik və Səhiyyə Sərgisində 20-dən çox sahənin məhsulları təqdim olunub, 50-dən çox xarici ölkənin şirkətləri üçün yeni imkanların araşdırılması və əlaqələrin genişləndirilməsi imkanı yaradılıb.

Əlavə məlumat:

(+994 12) 598 01 47;

(+994 50) 520 33 31;

Əlqələndirici şəxs Şəfi Rüstəmbəyli.