AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və HEPA əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) baş direktorunun müavini Qabor Jenei ilə görüşüb.

Görüşdə biznes forumlar, işgüzar görüşlərin sahibkarlar arasında yeni əməkdaşlıq imkanlarının yaranması, mövcud əlaqələrin gücləndirilməsi, biznes təşəbbüslərinin reallaşdırılması baxımından əhəmiyyəti vurğulanıb, AZPROMO və HEPA arasında əməkdaşlığın genişləndirilməsi və qarşıqılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Görüşdə həmçinin, ixrac və investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.