AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Banqladeşlə əməkdaşlıq məsələləri müzakirə olunub

Banqladeşlə əməkdaşlığın ortaq istiqamətlərinin müəyyən olunmasına dair razılıq əldə edilib.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Banqladeş səfirliyinin əməkdaşları ilə görüş keçirilib. Hər iki ölkənin istehsal və ixrac etdiyi məhsullar, eləcə də ölkəmizin investisiya imkanlarına dair məlumatlar diqqətə çatdırılıb.

 

Görüşdə tekstil sənayesində əməkdaşlıq, logistika məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin sahibkarları arasında əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə vebinarın təşkilinə dair razılıq əldə olunub.