AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Serbiya-Azərbaycan biznes forumuna dəvət olunur

Aprelin 28-də Belqradda baş tutacaq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Serbiyanın Ticarət və Sənaye Palatasının (CCIS) birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçiriləcək.

 

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.

 

Azərbaycan sahibkarları Serbiya-Azərbaycan biznes forumuna dəvət olunurlar. Qeyd edək ki, forumla bağlı bütün xərclər sahibkarlar tərəfindən qarşılanacaq. Tədbirdə iştirak etmək istəyən sahibkarlar 17 aprel 2023-cü il tarixinədək AZPROMO-ya müraciət edə bilərlər.

 

Əlaqə:

Tel.: (+994 12) 598-01-47/48 (daxili 3641)

E-mail: orkhan.mammadov@azpromo.gov.az