Birgə investisiya imkanlarının araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulması məsələləri müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən Türkiyə və Azərbaycan sahibkarlarının iştirakı ilə işgüzar görüş keçirilib.
Tədbirdə sənaye, kənd təsərrüfatı, qida, logistika, əczaçılıq, maliyyə və konsaltinq, İKT, tekstil və s. sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak edib.
Biznes dairələri üçün təşkil edilən ikitərəfli görüşlərdə təmasların qurulması, həmçinin uzunmüddətli əməkdaşlığa dair razılıqların əldə olunmasına dair fikir mübadiləsi aparılıb, birgə investisiya imkanlarının araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulması məsələləri müzakirə olunub.