AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da pomidor ixracatçıları ilə görüş keçirilib

Xarici bazarlara tədarükün diversifikasiyası üçün tələb olunan ixrac prosedurları ilə bağlı müzakirələr aparılıb.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə pomidor ixracatçıları ilə görüş keçirilib.

 

Tədbirdə AZPROMO-nun dəstək tədbirləri haqqında məlumat verilib, ixrac coğrafiyasının genişləndirilməsinin vacibliyi vurğulanıb, xarici bazarlara tədarükün diversifikasiyası üçün tələb olunan ixrac prosedurları ilə bağlı müzakirələr aparılıb.

 

Görüşdə AZPROMO tərəfindən yeni bazarların araşdırılması və yeni əməkdaşlıq əlaqələrin yaradılması üçün beynəlxalq sertifikatların alınma prosesi və qəbul edilmiş keyfiyyət standartlarının meyarları haqqında iştirakçılara məlumat verilib, ixracatçıların sualları cavablandırılıb.