AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Belqradda Serbiya-Azərbaycan biznes forumu keçirilib

Belqradda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, turizm, təhsil, İKT, kənd təsərrüfatı və əczaçılıq sahələrini təmsil edən şirkət nümayəndələri iştirak edib.

 

Biznes forumda AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nümayəndələri iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə dair çıxış ediblər.

 

Tədbirdə həmçinin Serbiya və Azərbaycanın investisiya mühiti, o cümlədən ölkələrdə reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar, eləcə də Qarabağda aparılan bərpa işləri ilə bağlı videoçarx nümayiş olunub. Forum B2B formatda görüşlər ilə davam edib.