AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Rumıniya-Azərbaycan biznes forumuna dəvət olunur

Bu ilin may ayının son dekadasında Buxarestdə baş tutacaq Rumıniya Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Rumıniya-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.

 

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.

 

Azərbaycan sahibkarları Rumıniya-Azərbaycan biznes forumuna dəvət olunurlar. Tədbirdə iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

 

Əlaqə:

Tel.: (+994 12) 598-01-47/48 (daxili 3629)

E-mail: sanan.saftarov@azpromo.gov.az