AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞƏRAB İSTEHSALÇILARI VƏ İXRACATÇILARININ NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində fəaliyyətinin davamı olaraq, ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə xarici bazarlarda müvafiq coğrafi adların və ənənəvi brendlərin qorunması məqsədilə müvafiq işlər aparılır. Bu istiqamətdə ənənəvi “Ağdam şərabı” əmtəə nişanının qorunması, təbliği və xarici bazarlarda yenidən mövqeləndirilməsi çərçivəsində “Bakı Şərab-1” ASC müəssisəndə saxlanılan şərab materialının AZPROMO vasitəsilə satışı elan olunur.

 
  • Materialın həcmi: 10 min dekalitr;
  • Materialın istehsal illəri: 1990-1993;
  • Materialın kimyəvi göstəriciləri:

S/S

Tündlük

Şəkərlilik

UT

ÜT

Fe

Lot -1

18,55

7,18

1,86

7,50

35,80

Lot -2

18,40

6,30

1,80

6,10

16,00

Lot -3

17,80

6,30

1,38

6,00

19,60

Lot -4

17,60

6,20

1,24

5,80

26,00

Lot -5

17,80

6,35

1,30

5,90

13,10

Lot -6

18,40

6,00

1,70

6,00

26,00

Lot -7

18,50

7,50

1,70

5,80

30,20

Lot -8

18,50

6,80

1,75

6,20

26,50

  • Materialın təklif olunan qiyməti: 1 manat/litr;
  • Əlavə qeyd: Satınalan müəssisəyə, materialdan istehsal olunmuş şərabın “Ağdam Reneissance” əmtəə nişanı altında brendləşdirilməsi istiqamətində AZPROMO tərəfindən dəstək göstəriləcəkdir.

Materialın alışında maraqlı olan sahibkarlar tərəfindən təkliflərin məsələ üzrə müəyyən edilmiş əlaqələndirici şəxsə təqdim edilməsi xahiş olunur:

 

Kənan Müzəffərli

AZPROMO-nun İxracın təşviqi departamentinin aparıcı mütəxəssisi e-mail: kanan.muzaffarli@azpromo.gov.az

Tel: (+994 12) 598 01 47 (daxili – 3630)