AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO NAIDA-nın iclasında iştirak edib

NAIDA-nın ekspertlər platformasında AZPROMO xarici investorlarla iş üzrə təcrübələrini bölüşüb, bu sahədə müxtəlif investisiya təşviqi təşkilatları, o cümlədən WAIPA ilə intensiv müzakirələr aparılıb.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO "Rusiya – İslam dünyası: KazanForum 2023" beynəlxalq iqtisadi forum çərçivəsində keçirilən İnvestisiya və İnkişaf Agentliklərinin Milli Assosiasiyasının (NAIDA) ekspertlər platformasının iclasında iştirak edib. İclasda İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) ilə yanaşı Türkiyə, BƏƏ, Qazaxıstan və Rusiya Federasiyasının subyektlərinin investisiya təşviqi təşkilatları ilə investisiya layihələrinin idarə olunmasına dair fikir mübadiləsi aparılıb.