AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və "Litfood" arasında memorandum imzalanıb

Memorandum tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Aqrar Biznesin və Bazarların İnkişafı Agentliyi ("Litfood") və Litva İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində AZPROMO və “Litfood” arasında Anlaşma Memorandumu imzalanıb.

 

Agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin aparılmasına xidmət edəcək memorandumu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və "Litfood"un direktoru Şarunas Tselieşius imzalayıblar.