Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixracla məşğul olan və gələcəkdə bu sahədə fəaliyyətdə maraqlı olan kadrların “İxrac Akademiyası” onlayn təlimində iştirakı üçün müraciətlərin qəbuluna start verilir.
Təlimin məqsədi ölkənin ixrac potensialının inkişafına töhfə verən, beynəlxalq ticarət sahəsində müasir bilik və bacarıqlara malik kadrların hazırlanmasıdır.
Azərbaycan dilində keçiriləcək 1 aylıq ödənişli onlayn təlim aşağıdakı mövzuları əhatə edəcək:
İxrac fəaliyyətinə dair baza bilik və bacarıqlarına yiyələnmək
- Hədəf bazarın müəyyən edilməsi;
- Hədəf bazara daxilolma mümkünlüyünün qiymətləndirilməsi;
- Bazara çıxışın əldə edilməsi yollarının müəyyənləşdirilməsi;
- İxracda keyfiyyətin idarə olunması və standartlaşdırma, beynəlxalq sertifikatlar.
İxrac proseduru
- Xarici iqtisadi fəaliyyət zamanı mövcud gömrük qanunvericiliyi və prosedurları, tələbləri;
- Qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi;
- Gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsi;
- İxrac əməliyyatlarında beynəlxalq daşınma;
- Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri;
- Əmtəə nişanları və sənaye nümunələrinin hüquqi mühafizəsi
İştirakçıya dair tələblər:
- 23-37 yaş arası olması;
- Satış sahəsində ən azı 1 (bir) il iş təcrübəsi (nəzəri test və müsahibə mərhələsində yoxlanılacaqdır);
- Rus və ingilis dil biliyi (orta);
- Yüksək motivasiyalılıq;
- Nəticəyönümlülük.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti və foto (3x4);
- Təhsil məlumatlarına dair təsdiqedici sənədlər;
- Xarici dil biliyini sübut edən sənədlər (əgər varsa);
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalı və tələb olunan sənədləri əlavə etməlidirlər:
https://forms.gle/vpQje4aKWdTai8v87
Müraciətlərin elektron qaydada qiymətləndirilməsindən sonra namizədlər növbəti-nəzəri müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müraciət üçün son tarix və saat: 1 avqust 2023-cü il saat 18:00 (Bakı vaxtı ilə).
Dərslərin başlanma tarixi: 20 avqust 2023-cü il saat 15:00 (Bakı vaxtı ilə).
Təlim ödənişli əsaslarla həyata keçiriləcəkdir.
Qiymət: 400 (dörd yüz) AZN.
Proqramı bitirən iştirakçılar əldə edəcəklər:
- xarici (Beynəlxalq Ticarət Mərkəzi (ITC)) və yerli təcrübəli ekspertlərin iştirakı ilə tədris olunan intensiv təlim sayəsində yeni ixtisasa yiyələnmək;
- beynəlxalq satış üzrə tam peşəkar vərdişlər qazanmaq;
- cəlbedici portfolio üçün vacib bilik və bacarıqlara malik olmaq;
- imtahanlardan müvəfəqiyyətlə keçən və yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş məzunların ölkənin ən böyük ixracatçı şirkətlərində 3 aylıq ödənişsiz iş təcrübəsi keçməsi.
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq.
Əlaqələndirici şəxs: AZPROMO-nun əməkdaşı Rəna Hüseynova
Tel.: (+994 12) 598 01 47/48 (daxili – 3616)
E-mail: exportacademy@azpromo.gov.az