Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli 102 nömrəli Qərarı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş dəyişikliklər, müvafiq gömrük prosedurundan istifadə icazəsinin alınması üçün müraciət edilməsi zamanı tələb olunan sənədlər, eləcə də ümumilikdə qaydalar barədə məlumatlandırma işlərinin aparılması, həmin prosedurdan istifadə edən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçiriləcəkdir.
Görüş 7 iyun 2023-cü il tarixində saat 10:00-da Bakı KOB evində (Bakı şəhəri, Ziya Bünyadov pr., 38C, 1969-cu məhəllə) təşkil olunacaq.
Görüşdə iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər:
Əlaqələndirici şəxs: Orxan Mustafayev;
Tel.: (+994 12) 598-01-47 / 48 (daxili 3665);
E-mail: orkhan.mustafayev@azpromo.gov.az.