AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Seulda Koreya-Azərbaycan biznes forumu keçirilib

Forumda Azərbaycan və Koreya arasında ticarət, investisiyalar və İKT kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Seulda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə Koreya–Azərbaycan biznes forumu keçirilib. Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZPROMO, Ələt Azad İqtisadi Zonası və KITA-nın nümayəndələri iştirak ediblər.

 

Tədbirdə hər iki ölkənin iş adamları arasında əlaqələrin qurulması, prioritet tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, o cümlədən ticarət, investisiyalar və İKT sahələrində mövcud əməkdaşlığın şaxələndirilməsi müzakirə olunub.

 

Forumda Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, investorlar üçün yaradılan imtiyazlar, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və infrastruktur layihələri haqqında təqdimat və videoçarx nümayiş olunub. Forum G2B görüşlərlə davam edib.