Bu ilin iyun ayının 24-26-da Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndə heyəti Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfər edəcək.
Səfər zamanı AZPROMO-nun nümayəndə heyəti Misir Ərəb Respublikasının biznes və investisiyalar üzrə aidiyyəti dövlət qurumları, eləcə də bu sahələrdə fəaliyyət göstərən şirkətlərdə görüşlər keçirəcək.
İşgüzar səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Münəvvər Qocayeva;
Tel.: (+994 12) 598-01-47 (daxili – 3667);
E-mail: munavvar.gojayeva@azpromo.gov.az.