İordaniya ilə qeyri-neft sahəsində qarşılıqlı ticarətin artırılması və investisiya imkanlarının öyrənilməsi məqsədilə məlumat mübadiləsinin həyata keçirilməsinə dair müzakirə aparılıb.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İordaniya nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft ixracı haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan və İordaniya biznes dairələrinin görüşlərinin təşkili sahibkarlar arasında əlaqələrin genişləndirilməsinə, ticarət əlaqələrinin və investisiyaların təşviqinə töhfə verə bilər.
İordaniya Ticarət Palatasının İdarə Heyətinin üzvü və Əmman Ticarət Palatasının ikinci vitse-prezidenti Bahcat Həmdan təmsil etdiyi qurumların fəaliyyəti barədə danışıb. Bildirilib ki, zəngin fosfat ehtiyatlarına malik olan İordaniya və kimya sənayesi sahəsində rəqabətədavamlı məhsullar istehsal edən Azərbaycan sahibkarları arasında əməkdaşlıq perspektivləri genişdir.
Görüş zamanı qeyri-neft sahəsində qarşılıqlı ticarətin artırılması və investisiya imkanlarının öyrənilməsi məqsədilə məlumat mübadiləsinin həyata keçirilməsinə dair müzakirə aparılıb.