AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar İslamabadda keçiriləcək səhiyyə sərgisinə dəvət olunurlar

16—17 avqust tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində özündə konfranslar və səhiyyə sərgisini birləşdirən “MedHealth Expo & Summit 2023” tədbiri keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

Ravalpindi Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunan “MedHealth Expo & Summit 2023” yerli və beynəlxalq bazarlardan tibbi xidmət təminatçıları və xammal təchizatçıları, o cümlədən həkimlər və digər səhiyyə mütəxəssislərinin iştirak edəcəyi Pakistanın ən böyük səhiyyə sərgisidir. Tədbirə eləcə də Pakistanın Dərman Vasitələrinin Tənzimləmə İdarəsinin nümayəndələri, dövlət rəsmiləri və diplomatik təşkilatların təmsilçiləri qatılacaqlar.

Qeyd: Pakistanın əczaçılıq sənayesi rəqabətədavamlı qiymətlərlə yüksək keyfiyyətli dərman vasitələrinin istehsalı ilə tanınır və bu amil Pakistanda istehsal olunan əczaçılıq məhsullarını əlverişli səhiyyə həlləri axtaran ölkələr üçün cəlbedici edir.

“MedHealth Expo & Summit 2023” tədbirində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya əlaqə nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

sanan.saftarov@azpromo.gov.az

(+994 12) 598-01-47/48 (daxili 36-29)

Əlaqələndirici şəxs: Sənan Səftərov.