AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar kənd təsərrüfatı texnikası sərgisinə dəvət olunurlar

25—26 avqust tarixlərində Ağstafa rayonunda “Rusiya-Azərbaycan Tarla Günü 2023” kənd təsərrüfatı texnikası sərgisi keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı və Rusiya İxtisaslaşmış Texnika və Avadanlıq İstehsalçıları Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ikinci dəfə keçirilən “Rusiya-Azərbaycan Tarla Günü” sərgisində Rusiyanın 14 aparıcı kənd təsərrüfatı müəssisələri ən qabaqcıl kənd təsərrüfatı texnikası və avadanlıqları ilə 800 m2 ərazidə iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycan sahibkarlarına texnikanı sınaqdan keçirmək imkanı yaradılacaq.

Qeyd: Builki “Rusiya-Azərbaycan Tarla Günü” yeni formatda - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Agroinnofest” festivalı ilə birlikdə keçiriləcək. Tədbir Ağstafa aqrar-sənaye kompleksinin ərazisində baş tutacaq.

“Rusiya-Azərbaycan Tarla Günü 2023” sərgisində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya əlaqə nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

Info@b2bsolutions.az / Orkhan.rakhmanov@gmail.com

+994 50 723 22 32

Əlaqələndirici şəxs: Orxan Rəhmanov.