Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2023-cü ilin 11-15 dekabr tarixində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunacaq alıcı missiyasında iştirak etmək üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Alıcıların maksimum sayı: 10.
İxracatçıların maksimum sayı: 15.
Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:
- Qida sənayesi;
- Şərab və spirtli içki istehsalı.
Alıcı missiyasının əhatə etdiyi hədəf bazarlar:
- Koreya Respublikası;
Alıcı missiyasında iştirak edəcək ixracatçılar AZPROMO tərəfindən təşkil olunacaq müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 19 oktyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- Dəstək tədbirində iştirakla bağlı şərtlər;
- Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
Sənədlər aşağıdakı ünvan üzrə 20 sentyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamenti / İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az
Əli Babayev
AZPROMO – İxracın təşviqi departamenti / İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)
E-mail: ali.babayev@azpromo.gov.az