AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Alıcı missiyasına sənəd qəbulu elan olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2023-cü ilin 11-15 dekabr tarixində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunacaq alıcı missiyasında iştirak etmək üçün alıcıların müraciətlərinin qəbulunu elan edir.

Alıcıların maksimum sayı: 10.

Alıcı missiyasında iştiraka imtinanın son tarixi: 22 noyabr 2023-cü il tarixinədək.

Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:

  • Qida sənayesi;
  • Şərab və spirtli içki istehsalı.

Alıcı missiyasının əhatə etdiyi hədəf bazarlar:

  • Koreya Respublikası.

Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkə daxili nəqliyyat (taksi istisna olmaqla) xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunacaq.

Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədləri elektron üsulla 17 noyabr 2023-cü il tarixinədək ali.babayev@azpromo.gov.az ünvanına təqdim edilməlidir:

  • Ərizə;
  • Alıcı missiyasında iştirakla bağlı Şərtlər;
  • Alıcını alıcı missiyasında təmsil edəcək şəxsin xarici pasportunun surəti;
  • Alıcı və onun alıcılıq qabiliyyəti barədə məlumat.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO – İxracın təşviqi departamenti / İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az

 

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamenti / İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)

E-mail:  ali.babayev@azpromo.gov.az