AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Özbəkistanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunur

6—8 sentyabr tarixində Özbəkistanın Daşkənd şəhərində “Elektronika, Elektrotexnika, Yaşıl Energetika və İnnovativ Texnologiyalar - UzE-TechExpo 2023” beynəlxalq sərgisi keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

“Congresses of Central Asia” və “ICA Eurasia Group”un birgə təşkilatçılığı ilə keçirilən və müxtəlif texnoloji avadanlıqlar və materiallar, məişət texnikası, ölçmə avadanlıqları, enerji təchizatı, simsiz texnologiyalar, o cümlədən aparıcı istehsalçıların son nailiyyətlərini nümayiş etdirən “UzE-TechExpo” sərgisində bu il Qazaxıstan, Çin, Rusiya və Özbəkistandan olan şirkətlərin iştirak etməsi gözlənilir. Tədbirdə həmçinin alternativ enerji sektorunda istifadə olunan texnologiyalara xüsusi diqqət ayrılacaq.

“UzE-TechExpo 2023” sərgisində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: yana.ivanova@kongress-servis.uz / www.e-techexpo.com

Tel.: (+9989) 71 205 14 14 / (+9989) 71 237 15 54

Əlaqələndirici şəxs: Yana İvanova.