AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar İstanbulda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunur

Bu ilin 23-26 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində "Helal Expo" Beynəlxalq Ticarət Sərgisi keçirələcək.

 

Hər il keçirilən sərgi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) koordinasiyası ilə "Discover Events" tərəfindən təşkil olunur.

 

Qlobal arenada ən böyük "halal tədbir” sayılan bu sərgi dünyanın hər yerindən 500-dən çox satınalma mütəxəssisini qəbul etmək məqsədi daşıyır. 10 mini əcnəbi olmaqla 40 minə yaxın ziyarətçini qəbul etməyə hazırlaşan builki sərgi şirkətlərin B2B müqavilələri ilə halal sektorundan daha çox pay almasına zəmin yaradacaq. 25-dən çox ölkədən milli və fərdi şərkildə iştirakın gözlənildiyi sərgi qida, kosmetika, tekstil, maliyyə və turizm kimi sahələrdən bir çox sektor nümayəndələrini bir araya gətirəcək.

 

Sözügedən sərgidə ziyarətçi qismində iştirak etmək istəyən sahibkarlar qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://helalexpo.com.tr/

 

Əlavə məlumat üçün:

 

Orxan Mustafayev

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili - 3665)

E-mail: orkhan.mustafayev@azpromo.gov.az