AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Misirdə keçiriləcək beynəlxalq sərgiyə dəvət olunur

28-30 oktyabr tarixində Qahirə şəhərində 2-ci Beynəlxalq İstehsalat Konvensiyası və Sərgisi (IMCE 2023) tədbiri keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

Misir Sənaye Federasiyası tərəfindən ikinci dəfə təşkil olunan IMCE 2023-ün birinci hissəsində panel müzakirələri baş tutacaq, sərgidə isə 20 000 m2 sahədə kənd təsərrüfatı, qida, kimya, mədənçıxarma, əczaçılıq, daşınmaz əmlak, səhiyyə, İKT və tekstil sektorlarını təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq. Sərgidə həmçinin B2B görüşlərin keçirilməsi üçün məkan ayrılacaq.

IMCE 2023 sərgisində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: munavvar.gojayeva@azpromo.gov.az

Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 67)

Əlaqələndirici şəxs: Münəvvər Qocayeva.