AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Özbəkistanda keçiriləcək sərgiyə dəvət olunur

Cari ilin 4-6 oktyabr tarixlərində Daşkənd şəhərində 13-cü beynəlxalq “Plastex Uzbekistan 2023” sərgisi keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

“Iteca Exhibitions” və “ICA Eurasia Group” şirkətləri tərəfindən təşkil olunan “Plastex Uzbekistan 2023” sərgisində plastmas istehsalı sahəsində son tədqiqatların nəticələri, ən son məhsul və avadanlıq növləri, yeni istehsal və emal texnologiyaları, o cümlədən polimer bazarının inkişafının ən son tendensiyaları nümayiş olunacaq. Bu il sərgidə Hindistan, İran, Çin, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistandan 200 şirkət iştirak edəcək. Tədbirdə Çin şirkətlərinin geniş iştirakı gözlənilir (163 şirkət).

Builki “Plastex Uzbekistan” sərgisində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: yana.ivanova@kongress-servis.uz  

Tel.: (+998 71) 205 14 14

Əlaqələndirici şəxs: Yana İvanova.