AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZEBİ ilə onlayn görüş keçirilib

Görüşdə Gürcüstanda azərbaycanlı iş adamlarının əmək fəaliyyəti ilə məşğul olduqları müddətdə onlara təqaüdlərin hesablanması və gömrük prosedurlarının sadələşdirilməsi məsələləri müzakirə olunub.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri və Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri arasında onlayn görüş keçirilib.

 

Görüşdə Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarının əmək fəaliyyəti ilə məşğul olduqları müddətdə onlara təqaüdlərin hesablanması və gömrük prosedurlarının sadələşdirilməsi məsələləri müzakirə olunub. Tədbir zamanı AZEBİ nümayəndələri tərəfindən müvafiq təkliflər irəli sürülüb.

 

Tədbir zamanı sahibkarları maraqlandıran suallar cavablandırılıb, mövcud maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.