Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Birləşmiş Ərəb Əmirliklərin Dubay və Abu-Dabi şəhərlərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Tarix: 10-15 dekabr 2023-cü il
İxrac missiyasının əhatə etdiyi sahələr:
- Qida və içki sənayesi
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
04 |
Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olmayan heyvan mənşəli ərzaq məhsulları |
07 |
Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları |
08 |
Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları |
0902300000 |
Qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda |
0905-0910 |
Müxtəlif ədviyyatlar |
15 |
Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar, hazır yeyinti piyləri heyvan ve bitki mənşəli mumlar |
160100 |
Ətdən, ət əlavələrindən və ya qandan hazırlanan kolbasalar və analoji məhsullar; onların əsasında hazırlanan hazır qida məhsulları |
1602 |
Ətdən, ət əlavələrindən və ya qandan hazırlanan hazır və ya konservləşdirilmiş digər məhsullar |
1604 |
Hazır və ya konservləşdirilən balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri |
19 |
Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları |
20 |
Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
2103 |
Sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal |
210500 |
Dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan |
2201 |
Sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar |
2202 |
Sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər |
33 |
Efir yağları və rezinoidlər; ətriyyat, kosmetik və tualet vasitələri |
İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 15 noyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
Sənədlər aşağıdakı ünvan üzrə 3 noyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 24)
E-mail: samira.mammadova@azpromo.gov.az
Kənan Müzəffərli
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 30)
Mob.: (+994 55) 604 25 44
E-mail: kanan.muzaffarli@azpromo.gov.az