AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"4-cü Sənaye İnqilabı Texnologiyalarının sənayedə tətbiqi" mövzusunda seminar keçirilib

Seminarda 4-cü sənaye inqilabı texnologiyaları, onların tətbiq sahələri və tənzimlənməsi haqqında təqdimatlar keçirilib, sahibkarları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bakı Biznes Mərkəzində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə “4-cü Sənaye İnqilabı Texnologiyalarının sənayedə tətbiqi” mövzusunda seminar keçirilib.

Seminarda 4SİM-in Layihələrin idarə olunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə və Süni intellekt üzrə mütəxəssisi Ruslan Zeynalzadə tərəfindən 4SİM-in fəaliyyəti, cari layihələri, 4-cü sənaye inqilabı texnologiyaları (süni intellekt, əşyaların interneti, blokçeyn, virtual reallıq, 3D çap) onların tətbiq sahələri və tənzimlənməsi haqqında təqdimatlar keçirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.