Bu ilin dekabr ayının 21-i tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə investisiya forumu keçiriləcək.
Tədbirdə hər iki ölkədən dövlət qurumları, universitetlər və şirkətlərin 400-dən çox nümayəndəsinin iştirakı nəzərdə tutulub. Forum ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, müdafiə sənayesi, enerji və inşaat, o cümlədən səhiyyə və turizm sektorlarını əhatə edən “Davos” formatında təşkil olunacaq 6 panel sessiyasından ibarət olacaq. Bununla yanaşı, forum çərçivəsində sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.
Tədbirdə iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.
Əlaqə:
Murad Əlizadə
Tel: (+994 12) 598 01 47 (daxili - 3651)
E-mail: murad.alizade@azpromo.gov.az