AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Çin nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub

Səfər çərçivəsində Çin nümayəndə heyəti Azərbaycanda bir çox dövlət və özəl qurumlarının təmsilçiləri ilə görüşlər keçirib, istehsal müəssisələrini ziyarət edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin cari ilin sentyabr ayında Çin Xalq Respublikasına səfəri çərçivəsində Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade" şirkətinin nümayəndələri ilə keçirilən görüşünün davamı olaraq,  İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Aparatının təşkilatçılığı ilə şirkət nümayəndələri Azərbaycana səfər edib.

Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərində təqdim olunan məhsulların çeşidinin genişləndirilməsi, əməkdaşlıq edilən Azərbaycan şirkətlərinin sayının artırılması, o cümlədən ölkə bazarının imkanlarının araşdırılması məqsədilə edilən səfər çərçivəsində şirkətin İdarə Heyətinin sədri Vanq Veiveyin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, SOCAR, "SOCAR Polymer", AZPROMO və İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təmsilçiləri, o cümlədən sənaye parklarının rezidentləri ilə görüşlər keçirib.

Bununla yanaşı, nümayəndə heyəti ölkənin müxtəlif regionlarında kimya, kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən neft emalı, qida və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub, tərəfdaşlıq perspektivlərini müzakirə ediblər. “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade" şirkətinin nümayəndələri həmçinin Şamaxı şəhərində keçirilən İkinci Üzüm və Şərab Festivalında iştirak ediblər.