AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar "UzBuild 2024" sərgisinə dəvət olunur

27 fevral – 1 mart 2024-cü il tarixlərində "lteca Exhibitions" və "ICA Eurasia Group"un birgə təşkilatçılığı ilə Daşkənd şəhərində "Tikinti – UzBuild 2024" 25-ci Yubiley Özbəkistan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək.

 

Builki sərgiyə Türkiyə, ABŞ, Hindistan, Çin, Koreya, Almaniya, İspaniya, İtaliya, Avstriya, Finlandiya, Danimarka, Niderland, İsveçrə, Polşa, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya və digər ölkələrdən 400-ə yaxın şirkət qatılacaq. "UzBuild 2024"də tikinti materialları sənayesində yeniliklər və ən son texnologiyalar, müasir tikinti texnikası, inşaat məhsulları və xidmətləri nümayiş olunacaq.

 

Sərgi çərçivəsində tikinti texnologiyaları və avadanlıqları üzrə ixtisaslaşmış bölmə – "BuildTech" və Beynəlxalq İnşaat Sənayesi Konfransı – ICCI keçiriləcək.

 

Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

 

E-mail: gulkhas.nasirova@azpromo.gov.az 

Tel. (+99412) 598-01-47/48 (daxili 3644)

Əlaqələndirici şəxs: Gülxas Nəsirova.