Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yaponiyanın Tokio şəhərində 2024-cü ilin 5-8 mart tarixlərində keçiriləcək "FOODEX JAPAN 2024” beynəlxalq qida və içki sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 15 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
0409000000 |
təbii bal |
07 |
tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları |
08 (0808 və 0809 istisna olmaqla) |
yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları |
0902300000 |
qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda |
0905-0910 |
müxtəlif ədviyyatlar |
1509 |
zeytun yağı və onun fraksiyaları, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibləri dəyişdirilmədən |
1604310000 |
nərə balıqlarının kürüsü |
17 |
şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
1806 |
şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsullar |
19 |
taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsular un qənnadı məhsulları |
20 |
tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
2103 |
sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal |
210500 |
dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan |
22 |
alkoqollu və alkoqolsuz içkilər və sirkə |
4819 |
kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli kətandan hazırlanmış karton qutular, yeşiklər, qutular, kisələr, paketlər və digər qablaşdırma tarası; müəssisələrdə, mağazalarda və anoloji məqsədlərlə istifadə olunan kağızdan və ya kartondan kartoteka qutuları, məktub üçün qablar və analoji məmulatlar |
4823 |
forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 5 fevral 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).
Sənədlər aşağıdakı ünvan üzrə 26 yanvar 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Sərgi ilə bağlı ümumi məlumat üçün:
Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 24)
E-mail: samira.mammadova@azpromo.gov.az
Tələb olunan sənədlərlə bağlı məlumat üçün:
Orxan Mustafayev
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin aparıcı mütəxəssisi
Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 65)
E-mail: orkhan.mustafayev@azpromo.gov.az
Mob.: (+994 55) 438 58 32