AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Alıcı missiyasına sənəd qəbulu elan olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2024-cü ilin 11-16 mart tarixində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunacaq alıcı missiyasında iştirak etmək üçün alıcıların müraciətlərinin qəbulunu elan edir.

Alıcıların maksimum sayı: 10.

Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:

Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:

  • Qida, içki və sənaye sahələri;

Alıcı missiyasının əhatə etdiyi hədəf bazarlar:

  • Koreya Respublikası.

Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkə daxili nəqliyyat (taksi istisna olmaqla) xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunacaq.

Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədləri elektron üsulla 26 yanvar 2024-cü il tarixinədək samira.mammadova@azpromo.gov.az e-poçt ünvanına təqdim edilməlidir:

Ərizə;

Alıcı missiyasında iştirakla bağlı Şərtlər;

Alıcını alıcı missiyasında təmsil edəcək şəxsin xarici pasportunun surəti;

Alıcı və onun alıcılıq qabiliyyəti barədə məlumat.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO – İxracın təşviqi departamenti / İxrac bazarları ilə iş şöbəsinin müdiri

Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)

E-mail: samira.mammadova@azpromo.gov.az

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamenti / İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)

E-mail:  ali.babayev@azpromo.gov.az

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

04

süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları

08

yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları

0902300000

qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda

0905-0910

müxtəlif ədviyyatlar

15

heyvan və ya bitki mənşəli piylər və  yağlar və onların parçalanması nəticəsində alınan məhsullar, hazır yeyinti piyləri heyvan ve bitki mənşəli mumlar

160100

ətdən, ət əlavələrindən və ya qandan hazırlanan kolbasalar və analoji məhsullar; onların əsasında hazırlanan hazır qida məhsulları

1602

ətdən, ət əlavələrindən və ya qandan hazırlanan hazır və ya konservləşdirilmiş digər məhsullar

1604

hazır və ya konservləşdirilən balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri

17

şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

1806

şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsullar

19

taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsular un qənnadı məhsulları

20

tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

2103

sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal

210500

dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan

22

alkoqollu və alkoqolsuz içkilər və sirkə

39

plastmassa və onlardan hazırlanan məmulatlar

4823

forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar

50

ipək

71

təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr

72

qara metallar

76

alüminium və ondan hazırlanan məmulatlar