Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2024-cü ilin 11-16 mart tarixlərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunacaq alıcı missiyasında iştirak etmək üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
İxracatçıların maksimum sayı: 15.
Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:
- Qida, içki və sənaye sahələri;
Alıcı missiyasının əhatə etdiyi hədəf bazarlar:
- Koreya Respublikası
Alıcı missiyasında iştirak edəcək ixracatçılar AZPROMO tərəfindən təşkil olunacaq müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 5 fevral 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- Dəstək tədbirində iştirakla bağlı şərtlər;
- Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).
Sənədlər aşağıdakı ünvan üzrə 26 yanvar 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az
Əli Babayev
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)
E-mail: ali.babayev@azpromo.gov.az
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
04 |
süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları |
08 |
yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları |
0902300000 |
qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda |
0905-0910 |
müxtəlif ədviyyatlar |
15 |
heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar, hazır yeyinti piyləri heyvan ve bitki mənşəli mumlar |
160100 |
ətdən, ət əlavələrindən və ya qandan hazırlanan kolbasalar və analoji məhsullar; onların əsasında hazırlanan hazır qida məhsulları |
1602 |
ətdən, ət əlavələrindən və ya qandan hazırlanan hazır və ya konservləşdirilmiş digər məhsullar |
1604 |
hazır və ya konservləşdirilən balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri |
17 |
şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
1806 |
şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsullar |
19 |
taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsular un qənnadı məhsulları |
20 |
tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
2103 |
sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal |
210500 |
dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan |
22 |
alkoqollu və alkoqolsuz içkilər və sirkə |
39 |
plastmassa və onlardan hazırlanan məmulatlar |
4823 |
forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar |
50 |
ipək |
71 |
təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr |
72 |
qara metallar |
76 |
alüminium və ondan hazırlanan məmulatlar |