AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan "Prodexpo 2024" sərgisində iştirak edir

Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.

Moskva şəhərində “Prodexpo 2024” – 31-ci Beynəlxalq Ərzaq, İçkilər və Xammal Sərgisi keçirilir. Sərgidə 40 ölkədən 2 mindən artıq şirkət iştirak edir.

Azərbaycan sözügedən sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunur. Stenddə Azərbaycan şirkətlərinin istehsal etdikləri meyvə şirələri, müxtəlif növ şərablar və digər alkoqol içkiləri, təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, meyvələr, bitki yağları və s. məhsullar nümayiş olunur. Azərbaycan məhsulları sərgi ziyarətçiləri və iştirakçı xarici şirkətlər tərəfindən maraqla qarşılanır. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.

Qeyd edək ki, builki sərgidə 28 tematik salon açılıb, "Uşaq qidası", "Bal və arı məhsulları", "Heyvan yemi", "Orqanik məhsullar" kimi yeni bölmələr yaranıb. Sərgi fevralın 9-dək davam edəcək.