AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar "UzFood 2024" sərgisinə dəvət olunur

Bu ilin 26-28 mart tarixlərində Daşkənd şəhərində 23-cü Beynəlxalq “Qida məhsulları, inqrediyentlər və istehsal texnologiyaları - UzFood 2024” sərgisi keçiriləcək.

 

Sərgidə “Ət və quş əti”, “Süd məhsulları”, “Qənnadı məmulatları”, “Ərzaq məhsulları”, “İçkilər”, “Qida inqrediyentləri”, “Qida sənayesi üçün avadanlıqlar”, “Un məmulatları”, “Qablaşdırma materialları”, “Qablaşdırma avadanlıqları” və HoReCa kimi bölmələr yer alacaq. Builki sərgidə Özbəkistan, Türkiyə, Qazaxıstan, İran, Rusiya, ABŞ, Çin, Litva, Niderland, Fransa, İsveçrə, Cənubi Koreya, Sinqapur, Tailand və Şri-Lankadan 275-dən çox şirkət məhsul və xidmətlərini nümayiş etdirəcək. Bundan başqa, hər il olduğu kimi, “UzFood 2024” sərgisində ticarət şəbəkələrinin nümayəndələri ilə hazır qida məhsulları tədarükçüləri arasında danışıqların aparılması üçün “Retail Mərkəzi” təşkil olunacaq.

 

Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

 

E-mail: gulkhas.nasirova@azpromo.gov.az

Tel. (+994 12) 598-01-47/48 (daxili - 3644)

Əlaqələndirici şəxs: Gülxas Nəsirova.