AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“EY İlin İş Adamı” müsabiqəsinin 20 iştirakçısı elan edilib

“EY İlin İş Adamı 2024” mükafatının qalibinin elan olunmasına cəmi bir neçə həftə qalıb. Bu nüfuzlu və unikal proqram innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda fəaliyyət göstərən və cəmiyyətə müsbət təsir göstərən uğurlu iş adamlarını bir araya gətirir.

Bu müsabiqə uğur qazanmaq yolunda qarşısına iddialı məqsədlər qoyan inadkar sahibkarlar və biznes liderləri üçün ən nüfuzlu mükafat proqramlarından biridir. Qalibi sahibkarlıq ruhuna, məqsədyönlülüyünə və ictimaiyyətə göstərdikləri müsbət təsirə görə qiymətləndirərək müstəqil münsiflər heyəti seçir.

Azərbaycan Beynəlxalq Bankının (ABB) baş sponsorluğu, bp və Veysəloğlu Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə keçirilən müsabiqənin rəsmi tərəfdaşları sırasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və EKVITA konsaltinq şirkəti yer alırlar.

Bu il 20 güclü namizəd “EY İlin İş Adamı” adı uğrunda mübarizə aparacaq.

EY Azərbaycan” şirkəti böyük məmnuniyyətlə builki “EY İlin İş Adamı” adı uğrunda mübarizə aparan 20 sahibkarın adlarını açıqlayıb: Adil Qasımov – Push30” (push30.az), Aqşin Şahbazzadə - “Greenhat” (greenhat.az), Anar Məlikov - TCS (tcsgl.com), Balağa Cəfərov – “Altair Technologies” (altair.az), Elqar Bağırov – “Times Consulting” (timesconsulting.az), Elnur İslamov  - “Greening.Global” (greening.az), Elşən Məmmədov – “Brand Media Groups” (mediapartner.az), Fəxri Qasımov – “Guavalab” (myguava.com), Fərid Əkbərzadə - “Umud Agro” (umutagro.az, İlkin Hacıyev – “Sustainera Solutions” (sustainerasolutions.com), İnarə Mirzəzadə - “Alpha Omega” (alpha-omega.az), Camal İsmayılov – “Datum” (datum.az), Kamil Bağırov – “CraZzy bears”, Leyla Əliyevə - “A+A group events” (aagroupevents.com), Ramil Rzayev - “Baku Holiday Travel” (bht.az), Reyhan Hüseynova – “University Foundation Center” (http://ufcedu.az/az), Tariyel Mirzoyev – “Balkhoorma” (balkhoorma.com), Tehran Əliyev - VITAM (vitam.az), Vüsal Həsənov – “BAFT & Partners” (baft.az), Vüsal Xəlilov - “Mobil Group” (mobilgroup.az).

Namizədlər mart ayı ərzində müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin qalibi, habelə müxtəlif nominasiyalar üzrə qaliblər Bakıda 13 mart tarixində keçiriləcək təntənəli mərasimdə elan ediləcək.

Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün Monakoya səfər edəcək.

“EY İlin İş Adamı” müsabiqəsi haqqında

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamımüsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.