Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Türkiyə Respublikasının Adana, Mərsin, İstanbul şəhərlərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Tarix: 16-21 sentyabr 2024-cü il
İxrac missiyasının əhatə etdiyi sahələr:
- Qida və içki sənayesi;
- Tikinti materialları
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
0210 |
ət və qidaya yararlı ət əlavələri, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş; |
040690 |
Digər pendirlər |
0806 |
üzüm, təzə və ya qurudulmuş: |
0808 |
almalar, armudlar və heyvalar, təzə |
080940 |
gavalılar və göyəm: |
0810 |
digər meyvələr, təzələr: |
0902 |
çay, aromatik dad əlavələri və ya onlarsız: |
1202 |
yer fıstığı , qovrulmamış və ya hər hansı başqa üsulla hazırlanmamış, qabığı təmizlənmiş və ya təmizlənməmiş, xırdalanmış və ya xırdalanmamış: |
1509 |
zeytun yağı və onun fraksiyaları, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibləri dəyişdirilmədən |
17 |
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
1905 |
Çörək, unlu qənnadı məmulatlar, pirojnalar, peçenye və digər çörək-bulka və unlu qənnadı məmulatlar, tərkibində kakao olan və ya olmayan; əczaçılıq məqsədləri üçün istifadəyə yararlı vafli plastinaları , boş kapsulalar, bağlama üçün vafli həbləri, düyü kağızı və analoji məhsullar: |
2002 |
Sirkə və ya sirkə turşusu əlavə edilmədən hazırlanmış və ya konservləşdirilmiş pomidorlar: |
2201 |
sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar: |
2202 |
sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər |
2204 |
təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa: |
24 |
Tütün və tütünün sənaye əvəzediciləri |
2515 |
Abidə və ya tikinti üçün xüsusi çəkisi 2,5 və ya daha çox olan mərmər, travertin, ekausin və ya əhəngli tuf daşı, alebastr, qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış, ya digər üsulla düzbucaqlı formalı (kvadrat formalı daxil olmaqla) bloklara və ya plitələrə ayrılmış: |
39 |
Plastmassa və onlardan hazırlanan məmulatlar |
6305 |
Qablaşdırma kisə və paketlər |
72 |
Qara metallar |
İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 29 iyul 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
Sənədlər aşağıdakı ünvan üzrə 19 iyul 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Qeyd: Türkiyə ixrac missiyasında iştirak üçün dərc edilmiş 13 oktyabr 2023-cü il tarixli elan üzrə sahibkarların müraciətləri 16-21 sentyabr 2024-cü il tarixində Türkiyəyə təşkil olunacaq ixrac missiyasında nəzərə alınacaqdır.
Əlavə məlumat üçün:
Rəna Hüseynova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: +99412 5980147/48 (daxili 3616)
E-mail: rana.huseynova@azpromo.gov.az
Əli Babayev
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: +99412 5980147/48 (daxili 3664)
E-mail: ali.babayev@azpromo.gov.az
Mob: (+994502003940)