AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Kubada keçiriləcək sərgi və yarmarkalara dəvət olunur

Bu il Kuba Respublikasında bir sıra beynəlxalq sərgi və yarmarkaların keçirilməsi planlaşdırılır.

2024-cü ilin 2-5 aprel tarixlərində Beynəlxalq Turizm Sərgisi, 3-5 aprel tarixlərində II Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi, 23-26 apreldə XIV Beynəlxalq İnşaat Sərgisi, 21-23 mayda IV Beynəlxalq maşın, qida texnologiyası, qablaşdırma, qida və içkilər yarmarkası, 17-21 iyunda IV Beynəlxalq Sənaye Sərgisi, 8-12 iyulda III Ticarət Konvensiyası, 5-9 noyabrda XL Havana Beynəlxalq Sərgisi, 9-22 dekabr tarixlərində isə XXVI Beynəlxalq Sənətkarlıq Sərgisi keçiriləcək.

Sərgi və yarmarkalarda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: gulkhas.nasirova@azpromo.gov.az

Tel. (+994 12) 598-01-47/48 (daxili - 36 44)

Əlaqələndirici şəxs: Gülxas Nəsirova.