AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Polşanın əczaçılıq şirkətləri ilə görüş keçirilib

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim edilib, əczaçılıq sahəsində mümkün tərəfdaşlıq perspektivləri müzakirə olunub.

Polşanın paytaxtı Varşava şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə Azərbaycanın Polşa Respublikasında fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi və onun aparatı və Polşa İşəgötürənlər Assosiasiyasının rəhbərlik etdiyi 5 əczaçılıq şirkəti ilə təmsil olunan nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə tərəflər Polşanın strateji sahəsi olan səhiyyə sektorunda tətbiq olunan təcrübələrin ölkəmizdə inkişaf etdirilməsi imkanlarını müzakirə edib, iştirakçılar arasında bu sahədə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir zamanı Azərbaycandakı sənaye zonaları və məhəllələr, Ələt Azad İqtisadi Zonası, xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər, ölkəmizin tranzit və logistika üstünlükləri, "invest.gov.az" veb-səhifəsi haqqında təqdimatlar nümayiş olunub.

Bununla yanaşı, Azərbaycanda səhiyyə sahəsində mövcud qanunvericilik və aparılan islahatlar, tibb sahəsində idxaldan asılılığın azaldılması istiqamətində görülən işlər barədə ətraflı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycanda xarici investorlar üçün yaradılmış geniş imkanlar, o cümlədən əczaçılıq sənayesinin inkişafı polşalı nümayəndə həyəti tərəfindən maraqla qarşılanıb.