AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Səudiyyə Ərəbistanında görüşlər keçirib

İkitərəfli əlaqələrin genişləndirilməsi, tədbirlər çərçivəsində potensial əməkdaşlıq müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Agentliyin nümayəndələri Ər-Riyad şəhərində bir sıra qurumlarla görüşlər keçirib.

İslam Ticarət və İnkişaf Palatası (ICCD) ilə görüş

Görüşdə tərəflər arasında birgə tədbirlərin təşkili və şirkətlər arasında əlaqələrin qurulmasına dair müzakirələr aparılıb, o cümlədən cari ilin may ayında İordaniya Haşimilər Krallığında keçirilməsi planlaşdırılan “Rəqəmsal iqtisadiyyat” və noyabrda Azərbaycanda baş tutması nəzərdə tutulan “Dayanıqlı kənd təsərrüfatı” tədbirləri barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, cari ilin sentyabr ayında Pakistanda planlaşdırılan turizm forumu, eləcə də Misirdə və Səudiyyə Ərəbistanında keçiriləcək əhəmiyyətli tədbirlər haqqında məlumat diqqətə çatdırılıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP-29 çərçivəsində keçirilməsi planlaşdırılan Azərbaycanın ilk investisiya forumu haqqında məlumat verib, sözügedən platformanın ikitərəfli dayanıqlı tərəfdaşlıq baxımından önəmi vurğulanıb.

“Khattab Group” ilə görüş

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin investisiya potensialı, o cümlədən xüsusi iqtisadi zonalar, tətbiq olunan güzəşt və imtiyazlar barədə bəhs edib.

“Khattab Group” tərəfindən sözügedən qrupun Misir, İordaniya və Səudiyyə Ərəbistanında olan karton və plastik qablaşdırma, həmçinin izolyasiya istehsal sahələri barədə məlumat verilib, ölkəmizə investisiya yatırılmasına maraq göstərilib.