AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və İtaliya biznes dairələri arasında görüş keçirilib

İki ölkə arasında kənd təsərrüfatı və sənaye sektorlarında istehsalın artırılması və təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

 

Bakıda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Ticarət Agentliyinin (ITA) birgə təşkilatçılığı ilə ixracın təşviqi və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə “Azərbaycan və İtaliya – birgə daha yaxşı qida istehsalı naminə” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə aidiyyəti dövlət qurumları, yerli hakimiyyət orqanları, beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə yanaşı kənd təsərrüfatı və qida sənayesi sektorunda fəaliyyət göstərən 12 İtaliya şirkəti və Azərbaycanın 100-dək iş adamı iştirak ediblər.

 

Tədbir zamanı Azərbaycan iqtisadiyyatının diversifikasiyası, beynəlxalq standartlara, kənd təsərrüfatı və sənaye sektorlarında istehsalın artırılması və təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə sözügedən sahələrin imkanlarından maksimum effektli yararlanmağın vacibliyi, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanlıb.

 

Tədbir sahibkarlar arasında B2B formatda görüşlərlə davam edib.