AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan şərabları Avstriyada təqdim olunub

Sərgi ziyarətçilərinə Azərbaycanın şərabçılıq tarixi, sektorun inkişafı, yerli üzüm növləri, təqdim olunan şərablar və istehsalçılar haqqında məlumat verilib.

 

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı tərəfindən 25-27 may tarixlərində Azərbaycan şərabları ilk dəfə Avstriyanın ən böyük şərab sərgisi olan "VieVinum 2024"də nümayiş etdirilib.

 

Sərgidə Azərbaycanın 5 şərab istehsalçısının müxtəlif brendli şərabları ziyarətçilərə təqdim edilib.

 

Sərginin əsas ziyarətçiləri Avstriya, Macarıstan, Çexiya, Almaniya, Slovakiya və digər ölkələrdən olan şərab distributorları, şərab evlərinin sahibləri, şərab biliciləri (sommelier), HoReCa (hotel, restoran, keytrinq) nümayəndələri, üzümçülük və şərabçılıq üzrə təhsil alan tələbələr, tədqiqatçılar, şərablar üzrə məqalə müəllifləri, şərab turları təşkilatçıları olub.

 

Ziyarətçilərə Azərbaycanın şərabçılıq tarixi, hazırda şərabçılıq sektorunun inkişafı, yerli üzüm növləri, təqdim olunan şərablar və istehsalçılar haqqında geniş məlumat verilib.