AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Orta Dəhliz təşəbbüsünə həsr olunan tədbirdə iştirak edib

Orta Dəhliz təşəbbüsünün əhəmiyyəti və gələcək perspektivləri müzakirə olunub.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Belçikaya işgüzar səfəri zamanı Avropa Asiya Araşdırmaları İnstitutu (EIAS) və Azərbaycanın Belçikadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Brüsseldə keçirilən “Orta Dəhliz Təşəbbüsü – Avropa və Asiyanın Qovuşduğu Məkan” adlı konfransda təmsil olunub.

 

Konfrans çərçivəsində baş tutan panel müzakirələrində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, EIAS-nin baş icraçı direktoru Aksel Hotals, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Brüsseldəki ofisinin direktoru Kamilla Brükner və Avropa Komissiyasının Yaxın Şərq, Mərkəzi Asiya bölməsinin rəhbəri Sara Rinaldi iştirak ediblər.

 

Paneldə Azərbaycanın Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi formalaşmasında həlledici rolu, UNDP və Avropa Komissiyası tərəfindən Şərqlə Qərb arasında nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi, ticarət kanallarının rəqəmsallaşması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, tədbirə həmçinin Avropa İttifaqının müxtəlif siyasi institutlarının üzvləri, Avropa Parlamentinin nümayəndələri, Belçikanın təhsil müəssisələrinin və müxtəlif tədqiqat mərkəzlərinin əməkdaşları qatılıblar.