AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO "Caspian Power" sərgisində təmsil olunur

AZPROMO-nun stendində ölkəmizin biznes və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri, investisiya layihələri və s. barədə məlumatlar verilir.

 

Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji (“Caspian Power”) sərgiləri keçirilir. Hər iki sərginin rəsmi tərəfdaşı qismində çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO "Caspian Power" sərgisində stendlə təmsil olunur.

 

“Made in Azerbaijan” və “Invest in Azerbaijan” hissələrindən ibarət AZPROMO-nun stendində ölkəmizin biznes və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri, investisiya layihələri barədə məlumat verilir, ziyarətçilərə müxtəlif çap materialları təqdim edilir, ixrac məhsullarına dair videoçarxlar nümayiş olunur.

 

Qeyd edək ki, ötən ildən başlayaraq Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri iyunun 6-dək davam edəcək.