AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Albaniya biznes dairələri arasında görüş keçirilib

Görüşdə ikitərəfli ticarət və investisiya əlaqələrinin inkişaf imkanları haqqında müzakirələr aparılıb.

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Cirokastra Regionu Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı və Albaniya Ticarət və Sənaye Palataları İttifaqının iştirakı ilə hər iki ölkənin biznes dairələri arasında görüş keçirilib. Tədbirdə Azərbaycan və Albaniya arasında qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə ölkələrin müvafiq qurumları və sahibkarlar arasında fikir mübadiləsi aparılıb. Biznes dairələri arasında əlaqələrin gücləndirilməsi üçün təmasların artırılması və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə turizm, investisiya, sənaye, ticarət və logistika sektorlarında fəaliyyət göstərən 17 Albaniya və 18 Azərbaycan şirkəti iştirak edib.

Tədbir sahibkarlar arasında B2B formatda görüşlərlə davam edib.