AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“İxrac Akademiyası” çərçivəsində təlimlərdə iştirakla bağlı müraciətlərin qəbuluna başlanılıb

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixrac əməliyyatlarının həyata keçirilməsinə hazır olmaları istiqamətində ixracla məşğul olan və gələcəkdə bu sahədə fəaliyyətə maraqlı olan kadrların pilot layihədən sonra təkmilləşdirilmiş və optimallaşdırılmış  “İxrac Akademiyası” onlayn təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna start verilir.

Təlimlərin məqsədi ölkənin ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.

Azərbaycan dilində keçiriləcək 1 aylıq ödənişli onlayn təlimdə əhatə ediləcək mövzular:

İxrac fəaliyyətinə dair baza bilik və bacarıqlarına yiyələnmək:

  • Hədəf bazarın müəyyən edilməsi;
  • Hədəf bazara daxilolma mümkünlüyünün qiymətləndirilməsi;
  • Bazara çıxışın əldə edilməsi yollarının müəyyənləşdirilməsi;
  • İxracda keyfiyyətin idarə olunması və standartlaşdırma, beynəlxalq sertifikatlar.

İxrac proseduru:

  • Xarici iqtisadi fəaliyyət zamanı mövcud gömrük qanunvericiliyi və prosedurları, tələbləri;
  • Qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi;
  • Gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsi;
  • İxrac əməliyyatlarında beynəlxalq daşınma;
  • Malların ixrac qeydi ilə satışı qaydası və vergi tutma məsələləri;
  • Əmtəə nişanları və sənaye nümunələrinin hüququ mühafizəsi.

İştirakçıya dair minimum tələblər:

  • 23-37 yaş aralığında olması;
  • Satış, logistika, satınalma, ixrac sahələrində ən azı 6 ay iş təcrübəsi;
  • Rus və ingilis dil biliyi (orta);
  • Yüksək motivasiyalılıq;
  • Nəticəyönümlülük.

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti və foto (3x4);
  • Təhsil məlumatlarına dair təsdiqedici sənədlər;
  • Xarici dil biliyini sübut edən sənədlər (əgər varsa).

Müraciət qaydası:

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalı və tələb olunan sənədləri əlavə etməlidirlər: https://bit.ly/4crtbFl

Müraciətlərin elektron qaydada qiymətləndirilməsindən sonra namizədlər növbəti-nəzəri test və müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müraciət üçün son tarix və saat:  15 avqust 2024-сü il, saat 18:00 (Bakı vaxtı ilə).

Təlimlər ödənişli əsaslarla həyata keçiriləcəkdir.

Qiymət: 200 (iki yüz) AZN.

Proqram sonunda əldə edəcəksiniz:

  • Təcrübəli ekspertlərin iştirakı ilə tədris olunan intensiv təlimlər sayəsində yeni ixtisasa yiyələnmək;
  • Beynəlxalq satış üzrə tam peşəkar vərdişlər qazanmaq;
  • Cəlbedici portfolio üçün vacib bilik və bacarıqlara malik olmaq;
  • İmtahanlardan müvəfəqiyyətlə keçən və yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş məzunların ölkənin ən böyük ixracatçı şirkətlərində 3 aylıq ödənişsiz iş təcrübəsi keçməsi.                        

Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı vasitəsilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.

Əlaqələndirici şəxs: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İxracın təşviqi departamentinin ixracatçılar ilə iş şöbəsinin aparıcı mütəxəssisi Rüstəm Oruclu (tel: +994 12 598 01 47/48 (daxili: 3642), mob: +99450 711 17 70; e-poçt: rustam.orujlu@azpromo.gov.az