Hörmətli sahibkarlar, Rusiya Federasiyasında 2024-cü il sentyabrın 1-dən etibarən müəyyən növ məhsulların, o cümlədən konservlərin, bitki yağlarının və alkoqolsuz pivənin məcburi etiketlənməsi tətbiq ediləcəkdir. Rusiya hökuməti etiketləmə qaydalarını və son tarixləri təsdiqləyib. Bu proses Rusiya Federasiyası Hökumətinin 678, 2173, 792-р, 1955 və 515 nömrəli Etiketləmə Qaydalar haqqında qərarlarına uyğun olaraq bir neçə mərhələdə baş tutacaqdır.
- Alkoqolsuz pivə istehsal edən və idxal edən şirkətlər tərəfindən məhsulların etiketləmə prosesi 2024-cü il oktyabrın 1-dən başlanacaqdır. Məlumatların sistemə təqdim edilməsi ilə bağlı son tarix 2025-ci il aprelin 1-i olacaqdır.
- Şüşə və plastik qablaşdırmada bitki yağları və piylərin istehsalçıları və idxalçıları tərəfindən məhsulların etiketləmə prosesi 2024-cü il oktyabrın 1-dən başlanacaqdır. Digər qablaşdırma növləri üçün tətbiq olunacaq tarix isə 2025-ci il fevralın 1-i olacaqdır.
- Ət konservləri, ət əlavə məhsulları, tərəvəz və meyvələr, göbələk və giləmeyvə istehsal edən və idxal edən şirkətlər 2025-ci il martın 1-dən məhsulların etiketlənməsinə başlamalıdır.
Balıq və dəniz məhsulları konservlərinin qablaşdırmalarında 2024-cü il dekabrın 1-dən etibarən etiket olmalıdır. Həmin tarixdən bu məhsulların istehsalçıları malların dövriyyəyə buraxılması haqqında məlumatı etiketləmə sisteminə göndərməlidirlər.
Məhsulların dövriyyədən çıxarılması ilə bağlı məlumat 2026-cı il oktyabrın 1-dən verilməlidir.
Daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı mobil nömrə vasitəsi ilə əlaqə saxlaya bilərsiniz:
Mob.: (+994) 55 438 58 32;
Əlaqələndirici şəxs: Orxan Mustafayev.