AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

3-cü "CEO Award Azerbaijan" milli müsabiqəsinin təşkilinə start verilib

“Award Organizers Group”un təşkilatçılığı, “Caspian Energy Club”, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu, Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin rəsmi dəstəyi ilə  3-cü “CEO Award Azerbaijan" milli müsabiqəsinin təşkilinə start verilib.

3-cü “CEO Award Azerbaijan” milli müsabiqəsinin qalibləri oktyabr ayında müstəqil beynəlxalq platformada keçiriləcək onlayn səsvermə nəticəsində müəyyənləşdiriləcəkdir. Səsvermənin nəticələri oktyabr ayında 3-cü “CEO Award Azerbaijan” milli müsabiqəsinin mükafatlandırma mərasimi çərçivəsində açıqlanacaq. Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin rəhbərləri iştirak edə bilərlər.

Qeyd edək ki, “Caspian Energy Club”ın üzvləri üçün iştirak ödənişsizdir.

“Caspian Energy Club”ın üzvü olmayanlar üçün iştirak haqqı 600 AZN + 18% ƏDV təşkil edəcək.

Qeydiyyat üçün www.ceo.award.az saytına keçid edin.

Tel: (+994 77) 446 00 30

Əlaqələndirici şəxs: Nigar Zeynalova